Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir

Ərdoğan: Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir


Bu gün, 16:06. Yazar: Admin

Ərdoğan: Türkiyə terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir

Türkiyə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) baş verən terror hücumunun cavabını Suriya və İraqın şimalında terrorçuları məhv edərək verdi.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan SAHA EXPO müdafiə aerokosmik sənayesi sərgisində çıxışı zaman bildirib.

O qeyd edib ki, ölkəsi terrorla mübarizədə geri addım atmayacaq.

Ərdoğan onu da əlavə edib ki, Türkiyə ona qarşı terror hücumlarının hansı məqsədlə həyata keçirildiyini bilir və ölkəyə qarşı qurulan bütün oyunları pozacaq.


Geri dön