Ana Sayfa > Karusel / Səhiyyə > Bu il TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib

Bu il TƏBİB tabeli xəstəxanalarda 62 milyona yaxın tibbi xidmət göstərilib


25-10-2024, 15:20. Yazar: Admin

Bu ilin doqquz ayında TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 62 milyona yaxın tibbi xidmət göstərilib.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına təşkil olunmuş mediaturda məlumat verib.

O bildirib ki, 9 ay ərzində tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz çox olub: “Vətəndaşlar tərəfindən daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə tədbirlər görmək TƏBİB-in prioritet məqsədlərindən biridir”.

Z.Ədilova vurğulayıb ki, bu ilin ötən dövründə TƏBİB-in Vətəndaş müraciətləri şöbəsinə 20 min 134 müraciət daxil olub: “Onlardan 10 min 791 ərizə (ümumi daxil olanların 53,59 %-i), 9 min 318 şikayət (ümumi daxil olanın 46,27 %-i), 25 təklif (ümumi daxil olanın 0,12 %-i) təşkil edib. Sosial media platformalarından daxil olan müraciətlərin sayı isə 2 min 50-dir”.

Qeyd edək ki, oktyabrın 25-də TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.


Geri dön