Ana Sayfa > Karusel / Dünya > “Estoniyada yaşayan ruslar səsvermə hüququndan məhrum edilməlidir”- Baş nazir

“Estoniyada yaşayan ruslar səsvermə hüququndan məhrum edilməlidir”- Baş nazir


Bu gün, 14:11. Yazar: Admin

Estoniya Baş naziri və hakim İslahat Partiyasının sədri Kristen Mixal ölkədə yaşayan bütün Rusiya vətəndaşlarını bələdiyyə seçkilərində aktiv səsvermə hüququndan məhrum etməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İslahatlar Partiyası uzun müddətdir ki, öz mövqeyini çox aydın ifadə edir. Qanunvericilikdə dəyişikliklər istəyirik. Rusiya və Belarus vətəndaşları burada yerli seçkilərdə məsələlərə qərar verməməlidirlər. Onların səsvermə hüququnu dayandırmaq və ya ondan məhrum etmək lazımdır”, – Baş nazir bildirib.

O qeyd edib ki, İslahat Partiyası həm qanuna, həm də Estoniya Konstitusiyasına əlavələr şəklində bu addımı rəsmiləşdirməyə hazırdır: “Parlamentdə çoxluq İslahat Partiyası ilə eyni mövqedən çıxış edir. Rusiya və Belarus vətəndaşları yerli seçkilərdə səsvermə hüququndan məhrum edilməlidir”.


Geri dön