Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Putinlə müzakirə etdiyi məsələləri açıqladı

Ərdoğan Putinlə müzakirə etdiyi məsələləri açıqladı


Bu gün, 12:48. Yazar: Admin

erdogan-putinle-muzakire-etdiyi-meseleleri-aciqladi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləmə məsələlərini müzakirə edib.

Qarabaginfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında Ərdoğan bildirib.

“Hazırda əsirlərin mübadiləsi ilə bağlı addımları diqqətlə izləyirik və mövcud problemlərin diplomatik yolla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib. 

Xatırladaq ki, tərəflər arasında görüş Kazanda BRICS sammiti çərçivəsində oktyabrın 23-də baş tutub.


Geri dön