Ana Sayfa > Karusel / Manşet / Siyasət > Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan əlaqələrinin gündən-günə zənginləşməsi məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan əlaqələrinin gündən-günə zənginləşməsi məmnunluq doğurur


Bu gün, 11:26. Yazar: Admin

Prezident İlham Əliyev: Azərbaycan-Qazaxıstan əlaqələrinin gündən-günə zənginləşməsi məmnunluq doğurur

Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə məktubunda bildirilib.

Qeyd edilib ki, qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır.

“Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim”, - dövlət başçısı vurğulayıb.


Geri dön