Ana Sayfa > Karusel / İqtisadiyyat > ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manatı ötüb
ARDNF-nin dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 150 mlrd. manatı ötüb25-10-2024, 09:50. Yazar: Admin |
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü il 1 ioktyabr tarixinə ümumi 152 736,7 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib. Bu barədə Qarabaginfo.az-a Dövlət Neft Fonduna istinadən xəbər verir. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 585,8 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Əlavə etmək lazımdır ki, 2024-cü il sentyabr ayının 30-na ARDNF-ın aktivləri 2024-cü ilin əvvəlinə nisbətən 10% artaraq 61 697,6 milyon ABŞ dolları təşkil edib. Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib. Geri dön |