Ana Sayfa > Karusel / Dünya > HƏMAS Rusiya, Əlcəzair və Çindən Qəzzada atəşkəslə bağlı yardım istəyib

HƏMAS Rusiya, Əlcəzair və Çindən Qəzzada atəşkəslə bağlı yardım istəyib


25-10-2024, 07:52. Yazar: Admin

HƏMAS Rusiya, Əlcəzair və Çindən Qəzzada atəşkəslə bağlı yardım istəyib

HƏMAS hərəkatı Rusiya, Əlcəzair və Çinə müraciət edərək Qəzza zolağında vəziyyətin nizamlanması və İsraillə atəşkəslə bağlı razılığın əldə olunması üçün yardım istəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə təşkilatın Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.

“Biz Rusiya, Çin və Əlcəzairdən İsrailin Qəzzaya təcavüzünü dayandırmaq üçün səy göstərmələrini xahiş etdik. HƏMAS nümayəndələrinin Moskvaya səfəri anklava qarşı təcavüzün dayandırılması səyləri çərçivəsində baş verir”, – Livanın “Al Mayadeen” telekanalının onun sözlərindən gətirdiyi sitatda deyilir.


Geri dön