Ana Sayfa > Karusel / Region > Çeçenistanda naməlum şəxslər hərbi avtomobilə atəş açıb

Çeçenistanda naməlum şəxslər hərbi avtomobilə atəş açıb


Dünən, 22:06. Yazar: Admin

Çeçenistanda naməlum şəxslər hərbi avtomobilə atəş açıb

Çeçenistanda naməlum şəxslər Milli Qvardiyaya məxsus “Ural” markalı avtomobilə atəş açıblar.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub.

Milli Qvardiyanın avtomobilinə hücum günorta saatlarında respublikanın Qroznı rayonunun Petropavlovskaya kəndində baş verib.

İlkin məlumata görə, hücum nəticəsində bir əsgər həlak olub, bir əsgər isə yaralanıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Cinayətkarların hadisə yerindən qaçdığı bildirilir.


Geri dön