Ana Sayfa > Karusel / Təhsil > Ağcabədidə intellektual yarış keçirilib - Fotolar

Ağcabədidə intellektual yarış keçirilib - Fotolar


Dünən, 21:50. Yazar: Admin

 

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “İdeyanı Reallaşdır - 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibi, Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan Elcan Kərimlinin rəhbərliyi ilə “Mentis Arena” intellektual yarışı ADPU-nun Ağcabədi filialında baş tutub.

Qarabaginfo.az xəbər verir ki, yarışın açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının təlim və tərbiyə işləri üzrə direktor müavini dosent Mahir Səlimov, “Psixologiya, pedaqogika və onların tədrisi texnologiyası” kafedrasının müdiri Tahir Kərimli, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağcabədi rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Eldəniz Qənbərov iştirak ediblər.

Kapitanlıq və komanda oyunundan ibarət olan və hər gün fərqli kapitanların və komandaların müəyyən edilərək mübarizə apardığı layihənin əsas məqsədi gənclər arasında sosiallaşmanı təmin etmək və onların həm fərdi xüsusiyyətlərinin, həm də qrupla işləmə bacarıqlarının inkişafını təmin etməkdir.

Qeyd edək ki, 4 gün davam edən layihənin sonunda qaliblər kubok, medal və bütün iştirakçılar sertifikatla mükafatlandırılıb.

 

I yer - Riyaziyyat-İnformatika müəllimliyi tələbəsi Hüseyn Nuriyev

II yer - Tarix müəllimliyi tələbəsi Məhəmməd Hüseynov

III yer - Tarix müəllimliyi tələbəsi Ayxan Alıyev

 

 


Geri dön