Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kazanda baş tutan BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Ukrayna ilə danışıqların mümkünlüyü haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, Zelenski danışıqlara hazır deyil, çünki o, seçki keçirməli olacaq
Putin qeyd edib ki, Kiyev rejiminin rəhbərləri danışıqları sadəcə olaraq istəmirlər: "Danışıqların başlaması Ukraynada prezident seçkilərinə səbəb olacaq hərbi vəziyyətin ləğvinə gətirib çıxaracaq. Görünür, Zelenski buna hazır deyil. Top onların meydançasındadır. Rusiya yerdəki realləqlara əsaslanan istənilən sülh sazişlərini nəzərdən keçirməyə hazırdır. Bundan başqa heç nəyə hazır deyilik".