Ana Sayfa > Karusel / Gündəm > Ermənilər yenə Göygölü atəşə tutdu, yanğın oldu

Ermənilər yenə Göygölü atəşə tutdu, yanğın oldu


30-10-2020, 11:02. Yazar: Admin

 

Ermənilər yenə Göygölü atəşə tutdu, yanğın oldu

 

Fövqəladə Hallar Nazirliyi bu gün Ermənistan tərəfindən atəşə tutulan Göygöl rayonu barədə açıqlama yayıb.  

Qarabaginfo.az-a daxil olan məlumatda bildirilir: "Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.

Ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb. 


Geri dön