Ana Sayfa > Karusel / Kriminal > Keçmiş prokurorluq əməkdaşı və sinif yoldaşı həbs edilib

Keçmiş prokurorluq əməkdaşı və sinif yoldaşı həbs edilib


24-10-2024, 17:36. Yazar: Admin

kecmis-prokurorluq-emekdasi-ve-sinif-yoldasi-hebs-edilib

Həbsdə olan şəxsi azadlığa buraxdırmaq adı ilə yaxınlarından 190 min manat almış dəstənin üzvləri - Əlizamin Ağayev, Əli Vəliyev və Fərid Piriyevin məhkəməsi başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub.

Bildirilib ki, həmin şəxslər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə həbs cəzası almış E.İsmayılovun yaxınlarını aldadıblar. Onlar özlərini nüfuzlu və vəzifəli şəxs kimi təqdim ediblər və bu işi həll edəcəklərinə vəd veriblər. Həmçinin dəstə üzvlərinin bir neçə digər vətəndaşa qarşı da dələduzluq edərək xeyli pullarını ələ keçirməsi məlum olub.

Qeyd edilib ki, təqsirləndirilən şəxslərdən Əlizamin Ağayev Türkiyədə təhsil alandan sonra 2017-2018-ci illərdə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində baş mütəxəssis vəzifəsində çalışıb. Təqsirləndirilən şəxslərdən Fərid Piriyev onun sinif yoldaşı olub.

Məhkəmənin hökmü ilə hər 3 şəxsə 5 il həbs cəzası verilib. Lakin Əli Vəliyevin cəzası şərti hesab edilib və onun barəsindəki ev dustaqlığı qərarı ləğv edilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə dəyişdirilib.


Geri dön