Ana Sayfa > Karusel / Dünya > ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər
ABŞ-li senator: İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlər normallaşa bilər24-10-2024, 10:29. Yazar: Admin |
“İlin sonunadək İsrail və Səudiyyə Ərəbistanı Krallığı arasında münasibətlərin normallaşması haqqında razılaşma əldə oluna bilər”. Qarabaginfo.az “Reuters“ə istinadən xəbərinə görə, bunu ABŞ-nin “Respublikaçılar” partiyasından olan senator Lindsi Qrem deyib. O sözügedən məsələni İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə etdiyini də bildirib: “Düşünürəm ki, bu məsələ Co Baydenin də diqqətindədir, lakin vitse-prezident Kamala Harris iki dövlətin əlaqələrinin normal məcraya yönəlməsini istəmir”. Kamala Harrisin seçki kampaniyasının milli təhlükəsizlik üzrə müşaviri Morqan Finkelşteyn isə bu iddiaları təkzib edib. O bildirib ki, K.Harris bu istiqamətdə tarixi razılaşmanın istiqamətindəki bütün səyləri dəstəkləyir. Geri dön |