Ana Sayfa > Karusel / Dünya > “Human Right Watch” da ermənilərin kassetli bombalar atdığını təsdiqlədi

“Human Right Watch” da ermənilərin kassetli bombalar atdığını təsdiqlədi


30-10-2020, 10:35. Yazar: Admin

 

“Human Right Watch” da ermənilərin kassetli bombalar atdığını təsdiqlədi

 

“Human Right Watch” təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

Qarabaginfo.az xəbər verir ki, təşkilat açıqlamasında erməni qüvvələrinin 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərini istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləyib.

“Human Rights Watch” beynəlxalq və yerli jurnalistlər, həmçinin sakinlər tərəfindən hadisə yerində və yaxınlığında çəkilmiş çoxlu silah-sursat qalıqlarının fotolarını təhlil edib. Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşib.

Təşkilat bildirib ki, onlarda olan məlumata görə, erməni silahlı qüvvələri “Smerç” yaylım atəş raket sisteminə sahibdir, lakin qondarma “Dağlıq Qarabağ qüvvələri”ndə bu silah yoxdur.  Bununla da “Human Rights Watch” hücumu Ermənistanın həyata keçirdiyini təsdiqləyib.

Qeyd olunub ki, hücum nəticəsində 21 mülki vətəndaş həlak olub, 70 nəfər xəsarət alıb.

 

 


Geri dön