Ana Sayfa > Karusel / Dünya > Ərdoğan: İsrailin zorakılığı qlobal təhlükəsizliyi təhdid edir
Ərdoğan: İsrailin zorakılığı qlobal təhlükəsizliyi təhdid edir24-10-2024, 07:32. Yazar: Admin |
İsrailin Qəzza zolağında və Livandakı zorakılığı qlobal təhlükəsizliyi təhdid edir. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİCS sammiti çərçivəsində Kazanda rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib. “Prezident Ərdoğan Fələstindəki qırğınlara İsrailin yenilərini əlavə etdiyini və bu hərəkətlərin təkcə Yaxın Şərqi deyil, həm də qlobal təhlükəsizliyi təhdid etməyə başladığını deyib. Öz vətənlərində torpaqsız fələstinlilər və BRİCS ölkələrinin İsrail təcavüzünə qarşı çıxması Fələstinin ədalətli işinə güc verəcək”, - deyə Türkiyə prezidentinin ofisinin görüşdən sonra yaydığı açıqlamada bildirib. Geri dön |