Ana Sayfa > Karusel / Dünya > “Hizbullah” İsrailə 100-dən çox raket atıb
“Hizbullah” İsrailə 100-dən çox raket atıb24-10-2024, 07:30. Yazar: Admin |
Livanın “Hizbullah” hərəkatı İsrailə təxminən 135 raket atıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) “Telegram” kanalında məlumat verilib. “Bu gün (23 oktyabr) saat 23:00-a olan məlumata görə, “Hizbullah” terror təşkilatı tərəfindən atılan təxminən 135 mərmi Livanın İsraillə sərhədini keçib”, - deyə məlumatda deyilir. Nə qədər raketin vurulduğu və nə qədərinin hədəfə çatdığı barədə isə heç bir məlumat verilmir. Geri dön |