Suriyanın dövlət xəbər agentliyi SANA İsrail ordusunun paytaxt Dəməşqin Kəfərsusə bölgəsinə zərbələr endirdiyi haqda məlumat yayıb.
Qarabaginfo.az xəbər verir ki, Əsəd rejiminə yaxınlığı ilə bilinən bəzi sosial media hesablarından da zərbələrin endirildiyi bölgəyə təcili tibbi yardım avtomobillərinin göndərildiyi bildirilir.
İlkin məlumata görə hadisə nəticəsində bir nəfər həlak olub. İsrail tərəfi iddia ilə bağlı heç bir açıqlama verməyib.