ABŞ və Böyük Britaniya qiyamçı “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin eyniadlı vilayətinin inzibati mərkəzi olan Hudeyda şəhərinə hücum edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın “Al Masirah” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, 2015-ci ildən fəaliyyət göstərməyən Hudeyda beynəlxalq hava limanının ərazisinə azı iki zərbə endirilib.
Onun husilər tərəfindən hərbi obyekt kimi istifadə oluna biləcəyi bildirilir. Telekanal hücumun nəticələri, mümkün qurbanlar və yaralananlar barədə məlumat verilməyib.