Ana Sayfa > Karusel / Region > Ekspert: Qərb öz istədiyi namizədə səs verməsi üçün gürcü xalqına təzyiq göstərir

Ekspert: Qərb öz istədiyi namizədə səs verməsi üçün gürcü xalqına təzyiq göstərir


Bu gün, 16:06. Yazar: Admin

Ekspert: Qərb öz istədiyi namizədə səs verməsi üçün gürcü xalqına təzyiq göstərir

Qərb parlament seçkiləri ərəfəsində Gürcüstana görünməmiş təzyiq göstərir və məqsədi insanları özünün istədiyi qüvvəyə səs verməyə məcbur etməkdir.

Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında gürcüstanlı ekspert Tamta Meqrelişvili deyib.

O bildirib ki, Gürcüstan hakimiyyətinin hazırda başlıca vəzifəsi ölkənin xarici siyasətdə müstəqilliyini və suverenliyini qoruyub saxlamaq, bölgədə gərginliyin, yeni müharibənin başlamasına mane olmaqdır.

“Qarşıdan gələn parlament seçkiləri ölkə üçün vacib əhəmiyyət daşıyır və biz görürük ki, Mərkəzi Seçki Komissiyası 26 oktyabr seçkilərinin dinc və bərabər şəraitdə keçirilməsi, nəticələrdə yalnız Gürcüstan xalqının iradəsinin əks olunması üçün önəmli çox işlər görüb. Əminəm ki, seçicilərin əksəriyyəti düzgün seçim edəcək və istədikləri siyasi qüvvəyə siyasi “hə” deyəcəklər. Bilavasitə kollektiv Qərbdən qidalanan bir çox siyasi təşkilatlar bu gün Gürcüstanda sülhə, sabitliyə, dövlət təhlükəsizliyinə təhdid törədən bir çox fəaliyyətlərlə məşğuldurlar. Bu eyni zamanda, bölgənin gələcək inkişafına təhdiddir. Bu fəaliyyətlər seçki prosesinin bərabər, dinc bir mühitdə aparılmasını təhdid altına alır. Bu gün Qərbdən böyük təzyiq olduğunu görürük. Qərb Gürcüstanda destruktiv qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır və bu səbəbdən təzyiq göstərərək xalqı həmin qüvvələrə səs verməyə məcbur etmək istəyir. Lakin seçkilərdən sonra Qərbdən gələcək təzyiqin qarşısı alınacaq, çünki gürcü xalqı artıq Amerikanın məcbur etdiyi və dəstəklədiyi kimi vassal siyasi münasibət istəmir. Gürcü xalqı və Gürcüstan dövləti siyasi münasibətlərdə quldarlığa, köləliyə qalib gələ bilir. Ölkəmizin suverenliyi bizim üçün birinci dərəcəli və ən önəmli amildir. Biz yalnız seçilmiş ləyaqətli idarəçilərlə ölkəmizi sülhə və Avropa ailəsinə apara biləcəyik”, - Tamta Meqrelişvili qeyd edib.


Geri dön