Ana Sayfa > Karusel / Dünya > Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib
Kazanda BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilibBu gün, 15:14. Yazar: Admin |
Tatarıstanın paytaxtı Kazan şəhərində BRICS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib. Qarabaginfo.az xəbər verir ki, iclası Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb. O, çıxışında bildirib ki, BRICS ölkələrinin əksəriyyətinin ortamüddətli perspektivdə inkişaf tempi daha sürətli olacaq: Rusiya prezidenti bundan əlavə, taxıl birjasının yaradılmasını, Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə BRICS ölkələrinin məsləhətləşmələri üçün xüsusi mexanizmin işə salınmasını da təklif edib. Onun sözlərinə görə, BRICS taxıl birjasının yaradılması milli bazarları mənfi xarici təsirlərdən, spekulyasiyalardan və qıtlıq yaratmaq cəhdlərindən qorumağa kömək edəcək. Putin təklif edib ki, gələcəkdə taxıl birjasını tam hüquqlu əmtəə birjasına çevirmək barədə düşünmək lazımdır: " Rusiya qiymətli metallar və almazlar üçün ayrıca BRICS platforması yaratmağı təklif edir. Bu, lazımsız ticarət maneələrini aradan qaldırmağa kömək edəcək", - deyə Putin söyləyib. Geri dön |