Ana Sayfa > Karusel / Region > Ermənistanda Polis Qvardiyası yaradılır

Ermənistanda Polis Qvardiyası yaradılır


Bu gün, 14:56. Yazar: Admin

ermenistanda-polis-qvardiyasi-yaradilir

Ermənistanda 2025-ci il noyabrın 1-nə qədər Polis Qvardiyası yaradılacaq.

Qarabaginfo.az “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə sözügedən məsələ ilə bağlı təşəbbüsün müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, ilk olaraq qvardiyanı 2025-ci ilin martında yaratmaq planlaşdırılırdı, lakin təşkilati işlər nəzərə alınaraq həmin strukturun yaradılması tarixi gələn ilin noyabrına təxirə salınıb. 

Eyni zamanda, müzakirələrdən sonra Baş nazirin mümkün xüsusi göstərişləri ilə bağlı müddəa qanun layihəsindən çıxarılıb. Belə ki, daha əvvəl qanun layihəsi Baş nazirin hərbi vəziyyət rejimi zamanı Polis Qvardiyasına hərbi əmrlər və göstərişlər verə bilməsini nəzərdə tuturdu. 

Bununla belə, Sarkisyan qeyd edib ki, hərbi vəziyyətin yaranması halında qvardiya xüsusi göstərişlər yerinə yetirə bilər.

 


Geri dön