Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb


23-10-2024, 14:34. Yazar: Admin

Şimali Koreya diplomatı Almaniya XİN-ə çağırılıb

Şimali Koreyanın Almaniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az “DW”a istinadən xəbər verir ki, buna səbəb Şimali Koreyanın Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini artırması ilə bağlı narahatlıq olub.

Almaniya XİN-in bu addımı Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermək üçün qoşun göndərməsi ilə bağlı şübhəli xəbərlərdən sonra atılıb.

“Əgər Şimali Koreya qoşunları ilə bağlı yayılan xəbərlər doğrudursa və Şimali Koreya Rusiyanın Ukraynadakı müharibəsini qoşun göndərməklə dəstəkləyirsə, bu, ciddi və beynəlxalq hüquqa zidd addım olardı”, - Almaniya XİN-in “X” platformasındakı açıqlamasında bildirilib.


Geri dön