Ana Sayfa > Karusel / Manşet / Siyasət > BRICS Sammitinə gələn Əliyev, Cinpin, Pezeşkian və digər liderlərin daddığı ÇAK-ÇAK NƏDİR?

BRICS Sammitinə gələn Əliyev, Cinpin, Pezeşkian və digər liderlərin daddığı ÇAK-ÇAK NƏDİR?


23-10-2024, 13:54. Yazar: Admin

BRICS Sammitinə gələn Əliyev, Cinpin, Pezeşkian və digər liderlərin daddığı ÇAK-ÇAK NƏDİR?

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XVI BRICS sammiti keçirilir.

Oktyabrın 22-dən başlayan sammit ayın 24-dək davam edəcək. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 23-də Kazan şəhərinə gedib. O, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə sammitin “BRICS+” formatında iştirak edəcək.

İnkişaf etməkdə olan ölkələrin beynəlxalq məsələlərdə daha çox söz sahibi olmasını istəyən Braziliya, Rusiya, Hindistan və Çin 2006-cı ildə BRIC qrupunu yaradıblar. Qrup öz adını bu ölkələrin ingiliscə baş hərflərindən götürüb. 2011-ci ildə Cənubi Afrikanın da qoşulması ilə qrupun adı BRICS olub. 2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də BRICS-ə qoşulub.

Qrupun genişləndirilmiş versiyasının adı açıqlanmayıb, lakin onun BRICS+ olacağı düşünülür.

TASS-ın məlumatına görə, BRICS sammitinin başlaması ərəfəsində Kazan hava limanı tematik bannerlərlə bəzədilib. Sammitin keçirildiyi günlərdə hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Qarabaginfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sammitə gələn xarici ölkə liderləri, eləcə də nümayəndə heyətlərinin rəhbərləri hava limanının VIP terminalında qarşılanır. Qarşılanma mərasimində Rusiya Federasiyasının rəsmi şəxslərilə yanaşı, rus və tatarların ənənəvi bayram paltarlarını geyinmiş qızlar da iştirak edirlər. Qızlar əllərindəki məzmeyidə olan duz-çörək və çak-çakı əcnəbi qonaqlara təqdim etməklə qonaqpərpərlik nümayiş etdirirlər.


Demək olar ki, Kazana gələn bütün yüksək vəzifəli qonaqlar çak-çak şirniyyatını dadmalı olublar. Qeyd edək ki, çak-çakın dadına baxan ali qonaqlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev, İran prezidenti Məsud Pezeşkian, Çin lideri Si Cinpin və digər dövlət başçıları olub.

Bəs dünya liderlərinə təqdim olunan çak-çak şirniyyatı kimə məxsusdur və necə hazılanır?

Modern.az-ın məlumatına görə, çak-çak tatarların ənənəvi şirniyyat növüdür. BRICS sammiti Tatarıstan paytaxtında keçirildiyindən tədbirə gələn qonaqlar ənənəvi olaraq yalnız duz-çörəklə deyil, həm də çak-çakla qarşılanıblar.

Çak-çak şirniyyatı tatar mətbəxinin incilərindən sayılır. Eyni zamanda bu şirniyyat Tatarıstan Respublikasının vizit kartlarından biridir.
Azərbaycanda da bu ləziz təamı hazırlayan istehsalçı şəxslər var.

Çak-çak istehsalında un, yumurta, bal kimi təbii inqrediyentlərdən istifadə olunur. Şirniyyatın hazırlanması üçün əvvəlcə yumurta və süd qarışıqlı xəmir yoğurulur. Uzunsov formada doğranan xəmir hissələri qaynar yağda qızardılır. Bişmiş şirniyyatın üzərinə bal və şəkərdən hazırlanan şərbət əlavə olunur. Soyuduqdan sonra yemək üçün təqdim edilir.

Çak-çakın küncüdlü, günəbaxan tumlu, qoz və fındıqlı çeşidləri mövcuddur.

Qeyd edək ki, çak-çak Tatarıstanda məşhur olsa da, o, təkcə tatarlara məxsus şirniyyat növü sayılmır. Bu şirniyyat əksər türksoylu xalqların mətbəxində mövcuddur. Başqırdların, qırğızların, qaraqalpaqların, kumıqların, özbəklərin, çuvaşların, uyğurların, qazaxların, hətta Volqaboyu rusların milli kulinariyasında çak-çak növlərinə rast gəlinir.(modern.az)


Geri dön