Ana Sayfa > Karusel / Region > Rusiyada bombardmançı təyyarələri yandırmaq istəyən yeniyetmələr həbs edilib

Rusiyada bombardmançı təyyarələri yandırmaq istəyən yeniyetmələr həbs edilib


Bu gün, 13:43. Yazar: Admin

İrkutsk vilayətində üç yeniyetmə iki TU-22M bombardmançı təyyarəsini yandırmağa cəhd etdikləri həbs olunub. Onlar terror aktında ittiham olunur.

Qarabaginfo.az “Baza” teleqram kanalına istinadən bildirir ki, yeniyetmələr sentyabrın 18-də saxlanılıb.

İstintaqın məlumatına görə, 17 yaşlı Tamerlan X., 15 yaşlı Zaxar Ş və 17 yaşlı İvan N. Usolski rayonundakı hərbi aerodroma soxularaq iki TU-22M təyyarəsini yandırmağı planlaşdırıblar.

“Baza”nın məlumatına görə, məhbuslardan birinin qardaşı 2024-cü ilin yazında Ukrayna ilə müharibəyə gedib.  gedib.

Yeniyetmələr istintaq təcridxanasındadırlar. Terror maddəsinə əsasən onları 20 ilə qədər həbs cəzası gözləyir.


Geri dön