Ana Sayfa > Karusel / Kriminal > On üç il əvvəl kirayə qaldığı evin sahibini öldürməyə görə tutulan, sonradan bəraət alan şəxs barədə qərar verilib
On üç il əvvəl kirayə qaldığı evin sahibini öldürməyə görə tutulan, sonradan bəraət alan şəxs barədə qərar verilib23-10-2024, 13:42. Yazar: Admin |
Zaqatalada 13 il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək həbs olunan, sonradan bəraət alan Polad İsmayılovun barəsində olan qərardan verilən kassasiya şikayətinə baxılıb. Qarabaginfo.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Ali Məhkəmə onun haqqında bəraət qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, qətl hadiəsis 2011-ci ilin fevral ayında Zaqatalada baş verib. Sürücü işləyən 1973-cü il təvəllüdlü Polad İsmayılov Zaqatala rayonunda 61 yaşlı Seyran Əyyubovanın evində kirayədə yaşayıb. İttihama görə, istədiyi çarpayıda yatmağa icazə vermədiyi üçün təqsirləndirilən şəxs S.Eyyubovanı qətlə yetirib. Sonradan Ali Məhkəmə qərarı ləğv edib, işi yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılıb. Geri dön |