Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə erməni əsilli vətəndaş vəfat edib
Xankəndidə erməni əsilli vətəndaş vəfat edib23-10-2024, 13:18. Yazar: Admin |
Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. Bu barədə Qarabaginfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub. Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilib. Geri dön |