Ana Sayfa > Karusel / Dünya > ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağını istəyib

ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağını istəyib


Bu gün, 07:37. Yazar: Admin

ABŞ İsraildən İrana mümkün hücumu yumşaltmağını istəyib

İsrailin “Kanal 13” televiziyasında yayımlanan xəbərdə ordunun İrana mümkün hücumu ilə bağlı bəzi iddialar yer alıb.

Qarabaginfo.az xəbər verir ki, adı açıqlanmayan mənbəyə istinad olunan xəbərdə ABŞ-ın İsraildən İrana mümkün hücumunu yumşaltmasını istədiyi iddia edilib.

Xəbərdə həmçinin bildirilib ki, Vaşinqton Təl-Əvivdən Livanda quru əməliyyatlarını tamamlamasını istəyib.

Bundan başqa "Kanal 12" televiziyası Tel-Əvivin İrana mümkün hücum planının hazır olduğunu və bunun bir neçə günə təşkil ediləcəyini iddia edib.

Adı açıqlanmayan İsrail rəsmilərinə istinadən verilən xəbərdə, Təl-Əvivin mümkün hücumdan sonra İranın dərhal cavab verəcəyini gözlədiyi bildirilib.

Hər iki xəbərlə bağlı İsrail rəsmilərindən heç bir rəsmi açıqlama verilməyib.


Geri dön