Ana Sayfa > Karusel / Region > Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb

Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb


22-10-2024, 21:58. Yazar: Admin

Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

Qarabaginfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.

Bayden deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.

“Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarətlə ardıcıl olaraq sülh yolunu seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram”, - məktubda deyilir.

Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.

O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.


Geri dön