Ana Sayfa > Karusel / Dünya > Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq22-10-2024, 17:24. Yazar: Admin |
“Ukraynaya nüvə silahı əvəzinə təhlükəsizlik zəmanəti verilməli, ölkəmiz NATO-ya üzv olmalıdır”. Qarabaginfo.az "UNIAN“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Rusiyanı dayandırmaq üçün yetərincə silah-sursata malik olmaması Ukraynanın vəziyyətini çətinləşdirir: “Ölkəmizə nüvə silahı göndərilməsini istəmirik. Biz vaxtında bu silahdan imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq və çox sayda qurbanlar verdik. İndiki məqamda Ukraynanın NATO-ya üzvlüyü yeganə çıxış yoludur. Bu, bizə ona görə lazımdır ki, Rusiyanı dayandırmağa kifayət edəcək silahımız yoxdur”. Bununla yanaşı, o əlavə edib ki, Ukrayna NATO-ya üzv olmaq müqabilində Rusiyanın nəzarətindəki ərazilərdən imtina etmək niyyətində deyil. Ukrayna lideri eyni zamanda rəsmi Moskvanı danışıqlara cəlb edə biləcək nüansları da açıqlayıb: “Üç əsas faktor var ki, onlar Rusiyanı danışıqlar masasına gətirə biləcək. Onlardan biri ABŞ-də keçiriləcək prezident seçkiləri, Qlobal Cənub ilə əməkdaşlıq, eləcə də energetika və gəmiçilik məsələlərində real nəticələrə nail olunmasıdır”. Geri dön |