Ana Sayfa > Karusel / Dünya > Putin Modi ilə danışıqlar aparıb, Ukrayna münaqişəsi müzakirə olunub

Putin Modi ilə danışıqlar aparıb, Ukrayna münaqişəsi müzakirə olunub


22-10-2024, 17:17. Yazar: Admin

Putin Modi ilə danışıqlar aparıb, Ukrayna münaqişəsi müzakirə olunub

Rusiya Prezidenti Vladimir Putin Hindistan Respublikasının Baş naziri Narendra Modi ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, Kazanda keçirilən BRİCS sammiti çərçivəsində keçirilən görüşdə Rusiya-Hindistan ikitərəfli münasibətləri müzakirə olunub.

Putin Modinin bu ilin iyun ayında Moskvaya səfərini və səmərəli danışıqları xatırlayıb: “Biz mütəmadi olaraq telefonla məlumat mübadiləsi edirik. Kazanda biz birliyimizin fəaliyyətinin daha da təkmilləşdirilməsinə və onun çərçivəsində çoxşaxəli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra mühüm qərarlar qəbul etməliyik”.

Putin qeyd edib ki, Rusiya-Hindistan münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq xarakteri daşıyır və fəal inkişaf etməkdə davam edir.

Modi də çıxışında iki ölkə arasındakı münasibətlərdən məmnunluq ifadə edib. Ukrayna müharibəsi barədə danışan Hindistan Baş naziri bildirib ki, bu münaqişə sülh yolu ilə həll olunmalıdır, ölkəsi mümkün yardımı göstərməyə hazırdır.


Geri dön