Bu gün Bakı Neft Emalı Zavodunun koks qurğusunda yanğın qeydə alınıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alov söndürülüb.
Bu barədə Qarabaginfo.az-a "SOCAR Downstream Management" MMC-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.
“Əlavə məlumat təqdim olunacaq”, - məlumatda qeyd olunub.