Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib
Azərbaycan səfiri etimadnaməsini Banqladeş Prezidentinə təqdim edib22-10-2024, 12:47. Yazar: Admin |
Oktyabrın 21-də Azərbaycan Respublikasının Banqladeş Xalq Respublikasına yeni təyin olunmuş qeyri-rezident səfiri Elçin Hüseynli etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Şahabuddinə təqdim edib. Dəkkəyə səfəri zamanı səfir E.Hüseynli Nobel sülh mükafatı laureatı və hazırda ölkənin baş naziri səlahiyyətlərini icra edən Banqladeş Xalq Respublikasının Müvəqqəti Hökumətinin Baş müşaviri Dr. Məhəmməd Yunus və Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Nazirliyinin müşaviri (nazir vəzifəsini icra edən) Sayeda Rizvana Hasan tərəfindən qəbul edilib, Xarici İşlər Nazirliyində bir neçə görüş keçirib. Görüşlərdə ölkələrimiz arasında iqtisadi-ticarət, turizm, hava bağlantısı, mədəniyyət və təhsil sahələrində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı, əlaqələrin inkişafı üçün mübadilə və təmasların intensivləşdirilməsi razılaşdırılıb. Həmsöhbətlərə Azərbaycanın COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi və qlobal təşəbbüsləri, inkişaf etməkdə olan kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrə dəstək üzrə fəaliyyəti, COP29 öncəsi Bakıda təşkil edilmiş əhəmiyyətli tədbirlər və onların nəticələri barədə məlumat verilib. Ölkəmizin təşəbbüskarı olduğu COP29 naminə Birgə Atəşkəs Çağırışına Qoşulmama Hərəkatı çərçivəsində Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə olunub.
Dr. Məhəmməd Yunus bu ilin mart ayında XI Qlobal Bakı Forumunda iştirak məqsədilə, habelə əvvəlki illərdə ölkəmizə etdiyi səfərləri məmnunluqla xatırladığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin dəvəti əsasında Banqladeş Müvəqqəti Hökumətinin rəhbəri kimi noyabrın 12-13-də Bakıda İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinə qatılacağını diqqətə çatdırıb. Geri dön |