Ana Sayfa > Karusel / Dünya > Şimali Koreya Rusiyaya hərbi personal göndərməsi ilə bağlı məlumatları şayiə adlandırıb

Şimali Koreya Rusiyaya hərbi personal göndərməsi ilə bağlı məlumatları şayiə adlandırıb


22-10-2024, 07:45. Yazar: Admin

Şimali Koreya Rusiyaya hərbi personal göndərməsi ilə bağlı məlumatları şayiə adlandırıb

KXDR-in BMT-dəki missiyası Koreya Xalq Ordusunun hərbi qulluqçularının Rusiyaya göndərilməsi ilə bağlı iddiaları əsassız şayiələr adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

“Rusiya ilə hərbi əməkdaşlığa gəlincə, nümayəndə heyətim KXDR-in imicinə xələl gətirməyə və iki suveren dövlət arasında qanuni, dostluq münasibətlərinə xələl gətirməyə yönəlmiş bu cür əsassız stereotip şayiələri şərh etməyi lazım görmür”, - missiya qeyd edib.


Geri dön