Ana Sayfa > Karusel / Sosial > Leysan və qar yağır

Leysan və qar yağır


Dünən, 16:21. Yazar: Admin

leysan-ve-qar-yagir

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.

 


Geri dön