Ana Sayfa > Karusel / İqtisadiyyat > Deputat alkoqollu içkilərlə bağlı minimum qiymətin mümkün təsirlərini açıqlayıb
Deputat alkoqollu içkilərlə bağlı minimum qiymətin mümkün təsirlərini açıqlayıb21-10-2024, 16:09. Yazar: Admin |
Alkoqollu içkilərlə bağlı bizim üçün əsas önəmli məsələ insanların sağlamlığıdır. Hazırkı vəziyyətdə istehlak edilən məhsulları qiymətlə tənzimləməklə məqsədimizə çatmaq çətin olacaq. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Müşfiq Cəfərov deyib. Deputat bildirib ki, burada minimum qiymət müəyyən olunur: “Bu, digər məhsullara da təsir edə, digər məhsulların da qiymətinin artmasına səbəb ola bilər. Ancaq digər bir hal da var. A92 markalı benzinin qiymətində artım baş verdi, amma bundan sonra A95 markalı benzinin qiyməti azaldı, 2 manatdan 1,60 manata düşdü. Yəni təşviq yaradıldı. Alkoqollu içkilər məsələsində də bu, təşviq olmalıdır. Hətta bununla bağlı dinləmə də keçirə bilərik. Hər bir halda bu məsələyə insan sağlamlığı aspektindən baxılmalıdır”. Geri dön |