Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
- “Artıq biz öyrəndik ki, “Human Rights Watch” bizim dəvətimizi qəbul edib. Qarşıdakı yaxın günlərdə "Human Rights Watch”ın nümayəndə heyəti Azərbaycana gələcək. Lakin “Amnesty International”dan hələ ki cavab almamışıq”, - deyə Prezidentin köməkçisi qeyd edib.
O, digər başqa beynəlxalq təşkilatlara da Azərbaycan tərəfindən müraciətlərin edildiyini vurğulayıb: “Onlar Azərbaycana gəlib Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətləri görə bilərlər”.
Geri dön
|