Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 1015 nəfər COVID-19-a yoluxub, 483 nəfər sağalıb, 9 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1015 nəfər COVID-19-a yoluxub, 483 nəfər sağalıb, 9 nəfər vəfat edib


29-10-2020, 15:40. Yazar: Admin

 

Azərbaycanda son sutkada 1015 nəfər COVID-19-a yoluxub, 483 nəfər sağalıb, 9 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 53152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 42516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib, aktiv xəstə sayı 10636 nəfərdir.

Ölkədə son sutka ərzində 11813, hazırkı dövrədək isə 1331287 test aparılıb.

 


Geri dön