Ana Sayfa > Karusel / Dünya > Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gedib

Pentaqon rəhbəri gözlənilmədən Kiyevə gedib


Bu gün, 10:31. Yazar: Admin

ABŞ-nin müdafiə naziri Lloyd Ostin

 

ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən Kiyevə səfər edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ehtimal olunur ki, Pentaqon rəhbəri qismində sonuncu dəfə Ukraynaya gələn L.Ostin Prezident Vladimir Zelenski və müdafiə naziri Rustem Umerovla görüşəcək.

Onlar Ukrayna ordusunun növbəti il üçün silah-sursat ehtiyacı və dəstəyin davam etdirilməsini müzakirə edəcəklər.

Eyni zamanda ABŞ ilə Ukrayna arasındakı münasibətlər də tərəflərin diqqət mərkəzində olacaq.


Geri dön