Ana Sayfa > Karusel / Region > Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Üçtərəfli Komissiyanın reqlamentini müzakirə edəcək

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Üçtərəfli Komissiyanın reqlamentini müzakirə edəcək


Bu gün, 10:07. Yazar: Admin

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Üçtərəfli Komissiyanın reqlamentini müzakirə edəcək

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumətlərarası birgə Komissiyanın reqlamentinin ratifikasiyasını müzakirə edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Armenia-Today” saytı yayıb.

Reqlament sözügedən komissiyanın bugünkü iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, haqqında bəhs olunan reqlament 2024-cü il avqustun 30-da imzalanıb, sentyabrın 26-da isə Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub.

Oktyabrın 8-də bu sənəd Ermənistanın Nazirlər Kabineti tərəfindən Parlamentin müzakirəsinə göndərilib.


Geri dön