Ana Sayfa > Karusel / Dünya > İsrail təyyarələri Beyrut Beynəlxalq Hava Limanından 500 m aralıda hədəfə hücum edib

İsrail təyyarələri Beyrut Beynəlxalq Hava Limanından 500 m aralıda hədəfə hücum edib


21-10-2024, 07:55. Yazar: Admin

İsrail təyyarələri Beyrut Beynəlxalq Hava Limanından 500 m aralıda hədəfə hücum edib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Beyrutun cənubunda Rafik Həriri Beynəlxalq Hava Limanından 500 metr aralıda “Hizbullah” təşkilatının obyektinə zərbələr endirib.

Qarabaginfo.az xəbər verir ki, şahidlərdən birinin TASS müxbirinə verdiyi məlumata görə, bombardman yerindən səmaya qatı qara tüstü qalxıb.

"Görünür, zərbələr Təhvita əl-Qədir bölgəsində yerləşən yanacaqdoldurma məntəqəsinə endirilib", - deyə mənbə qeyd edib.

Son iki saat ərzində İsrail qırıcıları və pilotsuz təyyarələri Beyruta 11 hava hücumu həyata keçirib. “Hizbullah”ın fəaliyyətinə sponsorluq edən Əl-Qard Əl-Həssan maliyyə və kredit assosiasiyasının ofislərinin yerləşdiyi binalara dörd dəfə zərbə endirilib.


Geri dön