Ana Sayfa > Karusel / Dünya > Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”
Kim Dotcom: “Kamala Harris qalib gəlsə, X sosial şəbəkəsi öləcək”Dünən, 20:47. Yazar: Admin |
“Megaupload” şəbəkəsinin yaradıcısı Kim Dotcom hesab edir ki, Kamala Harris ABŞ prezident seçkilərində qalib gəlsə, X (keçmiş Twitter) sosial platformasının sonu çatacaq. Qarabaginfo.az xəbər verir ki, Dotcom bu barədə X-də yazıb. O bildirib ki, Kamala qalib gəlsə, X öləcək. Qeyd edək ki, X-in sahibi İlon Mask daha əvvəl Harrisin qələbəsinin ABŞ-da media senzurasının ciddi şəkildə sərtləşdirəcəyini irəli sürmüşdü. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Respublikaçılar Partiyasını keçmiş prezident Donald Tramp, Demokratlar Partiyasını isə ölkənin hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək. Geri dön |