Ana Sayfa > Karusel / Siyasət > İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib

İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib


Dünən, 20:46. Yazar: Admin

İranlı nazir: Tehran İsrailin hücumuna cavab olaraq hədəfləri müəyyən edib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəyə qarşı istənilən hücum “qırmızı xətti” keçmək kimi qiymətləndiriləcək.

Qarabaginfo.az xəbər verir ki, onun bu sözlərini İranın Press TV telekanalı ictimaiyyətə çatdırıb.

“İranın nüvə obyektlərinə hər hansı bir hücum lazımi cavabla qarşılanacaq” – o deyib.

Onun sözlərinə görə, Tehran İsraildəki bütün hədəfləri müəyyənləşdirib və analoji zərbə onlara da vurulacaq.

O, həmçinin qeyd edib ki, ABŞ-ın dəstəyi olmasa, İsrail Livan və Qəzza zolağında hərbi əməliyyatlar keçirə bilməz.


Geri dön