Ana Sayfa > Karusel / Dünya / Kriminal > ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb


Bu gün, 09:17. Yazar: Admin

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

ABŞ-ın Missisipi ştatının Leksinqton şəhəri yaxınlığında baş verən atışma zamanı 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, hadisə məktəbdəki futbol yarışından qayıdan 200-300 nəfərlik qrupun qələbəni qeyd etdiyi zaman onlara atəş açılıb.

Atışmadan əvvəl münaqişə tərəfləri arasında dava baş verib. Holms bölgə polisi hadisənin motivini hələlik açıqlamayıb. Atəşin azı 2 nəfər tərəfindən açıldığı deyilir. Ölənlərdən ikisi 19, biri 25 yaşlıdır.


Geri dön