Ana Sayfa > Karusel / Hadisə > Bakıda su kəmərləri üzərində yüz ev tilkilib –Yaşayış evi uçma təhlükəsində/ günahkar kimdir? /FOTO

Bakıda su kəmərləri üzərində yüz ev tilkilib –Yaşayış evi uçma təhlükəsində/ günahkar kimdir? /FOTO


Bu gün, 13:51. Yazar: Admin
Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib.
Qarabaginfo.az bildirir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki,  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.
Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi və evin sənədləri icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib.
Qurum bununla bağlı faktları açıqlayıb.
Belə ki, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal” İdarəsinin istismarında olan yerin səviyyəsindən diameri 1200, 700 mm-lik borularının, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorunun üzərində tikilən ev tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib.
Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.
Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonar dərhal qəza-bərpa dəstələri əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərini icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evində təhlükəli vəziyyətə düşüb hər an üça bilər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xisməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb və səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.
Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı və kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.
2004-cü ildə “Azərsu” ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib. İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Geri dön