Ana Sayfa > Karusel / Siyasət > Hakan Fidan: Netanyahu İranı müharibəyə cəlb etməyə çalışır

Hakan Fidan: Netanyahu İranı müharibəyə cəlb etməyə çalışır


19-10-2024, 13:25. Yazar: Admin

 

Hakan Fidan: Azərbaycan ilə Ermənistan arasında danışıqlar müsbət nəticələnəcəyi təqdirdə, İrəvanla sərhədimizi aça bilərik - AZƏRTAC

Türkiyə bölgədə müharibə istəmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Hakan Fidan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, müharibənin bütün bölgəyə yayılma riskini gözardı etməmək lazımdır: “Biz bölgəmizdə müharibə istəmirik. Mövcud gərginliyi azaltmaq üçün Qəzzada təcili olaraq atəşkəs elan edilməlidir. İsrail Livana qarşı hücumlarına son qoymalıdır”.

Hakan Fidan onu da bildirib ki, Netanyahu bölgədə davamlı olaraq yeni cəbhələr açır və İranı bu müharibəyə cəlb etməyə çalışır.

XİN rəhbəri vurğulayıb ki, Türkiyə və İran bu bölgədə əbədi olaraq var olacaqlar.


Geri dön