Ana Sayfa > Karusel / Dünya > ABŞ və Britaniya Hudeydaya zərbələr endirib
ABŞ və Britaniya Hudeydaya zərbələr endirib19-10-2024, 08:43. Yazar: Admin |
ABŞ və Böyük Britaniya qiyamçı husilərin “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin eyniadlı vilayətinin inzibati mərkəzi olan Hudeyda şəhərinə hücum edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə hərəkatın “Al Masirah” telekanalı məlumat yayıb. Məlumata görə koalisiya qüvvələri Qırmızı dəniz sahillərində yerləşən Ras İsa limanının ərazisinə azı iki zərbə endirib. Hücumun nəticələri, o cümlədən mümkün itkilər və qurbanlar barədə məlumat verilmir. Geri dön |