Ana Sayfa > Karusel / Dünya > CNN: Həmas lideri Yəhya Sinvar başından vurulub

CNN: Həmas lideri Yəhya Sinvar başından vurulub


Bu gün, 08:40. Yazar: Admin

CNN: Həmas lideri Yəhya Sinvar başından vurulub

Qarabaginfo.az İsrail əsgərləri tərəfindən öldürülən HƏMAS lideri Yəhya Sinvarın cəsədinin yarılmasına əsasən, qruplaşma liderinin başından güllə ilə vurularaq öldürüldüyünü iddia edib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda oktyabrın 18-də İsrail Məhkəmə Tibb Mərkəzinin baş patoloqu Hen Kugel məlumat verib.

“Ölümün səbəbi başından güllə yarası olub. Sinvarın başında güllə var və ağır kəllə-beyin travması alıb”, - CNN Kugelin sözlərindən sitat gətirib.

Bundan başqa, məhkəmə-tibb eksperti əlavə edib ki, Sinvarın bədənində tank və ya raket mərmisinin partlaması səbəbilə onun üzərinə düşən beton divarlar və tavanlar nəticəsində digər ağır xəsarətlər aşkarlanıb.


Geri dön