Ana Sayfa > Karusel / Dünya > Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib

Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib


Dünən, 20:40. Yazar: Admin

Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib

Rusiya Prezidenti Vladimir Putin tədbiri pozmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini

Qarabaginfo.az xəbər verir ki, bunu Putin BRCİS ölkələriniN KİV rəhbərləri ilə görüşündə deyib.

“Biz Rusiya ətrafında baş verənləri başa düşürük və mən də başa düşürəm”, - deyə Putin onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəsməsinin orderi fonunda Braziliyaya səfərin mümkünlüyünü şərh edərkən bildirib.

Rusiya lideri Braziliya prezidenti ilə “əla dostluq münasibətlərinin” olduğunu da söyləyib.

Rusiya lideri vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin universal əhəmiyyəti yoxdur. O, Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq təşkilatlardan biridir. Onu nə ABŞ, nə Çin nə də Türkiyə tanıyır.

Putin onu da əlavə edib ki, ABŞ-nin qışqırmasından sonra Beynəlxalq Cinayət Məhkəməsi Yaxın Şərqlə bağlı tez susub.


Geri dön