“Gürcüstan hakimiyyəti Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində addımlar atmasa, qurum maliyyə yardımını dayandıra və ölkənin Avropa İttifaqına inteqrasiya prosesini dayandıra bilər”.
Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.
O, Tbilisiyə ölkənin siyasi kursunu dəyişmədiyi təqdirdə, bunun mümkün ağır nəticələrlə bağlı xəbərdarlıq edib.
“Gürcüstan təkpartiyalı dövlət olmaq qərarına gəlsə, müxalifət partiyalarını qadağan etmək, vətəndaş təşkilatlarını ölkədən çıxarmaq və müstəqil medianı sıxışdımaq yolunu tutsa və insan hüquqlarına riayət olunmasa, mən açıq şəkildə bəyan edirəm: Gürcüstan Avropa İttifaqına üzv olmayacaq. Nə bu gün də, nə sabah, nə də 2030-cu ildə”, – Qerçinski bildirib.