Ana Sayfa > Karusel / Region > Lavrov: Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub

Lavrov: Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub


18-10-2024, 16:22. Yazar: Admin

 

 

 

Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” əməkdaşlıq platforması təklif olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması vacibdir, lakin bu proses də Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır.

Lavrovun sözlərinə görə, Rusiya ilə İran bu istiqamətdə müsbət nəticələrə nail olmaq üçün əlindən gələni edəcək. Lavrov, həmçinin, Gürcüstanın da bu platformada gələcəkdə iştirak edəcəyinə ümid etdiyini əlavə edib.


Geri dön